Mədəniyyət Nazirliyində yeni direktor təyinatı

MƏDƏNİYYƏT 15 may 2025, 11:27
Mədəniyyət Nazirliyinə məxsus "Mozalan Studiyası" MMC-yə yeni direktor təyin edilib.

Bu, Rəşad Cəfərovdur. O, studiyanın rəhbərliyində Əli-Səttar Quliyevi əvəz edib.

Xatırladaq ki, "Mozalan Studiyası" kommersiya qurumu kimi 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət süjetlər, sənədli və bədii filmlər istehsal edir.(Report.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top