"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq

İQTİSADİYYAT 14 may 2025, 11:05
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Qəbələ rayonunda vətəndaş qəbulu 16 may saat 11:00-da Həzi Aslanov küçəsində yerləşən Mədəniyyət Mərkəzində baş tutacaq. 

Demokrat.az
xəbər verir ki, görüş zamanı Qəbələ və Oğuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 050-845-97-89; 050-845-70-88) müraciət edə bilərlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top