Gəncədə öldürülən Elgünün anası oğlu ilə vidalaşır — SON FOTOSU

GÜNDƏM 13 may 2025, 21:35
Dəhşətli fotodur... Bir ananın təkcə övladı deyil o tabutda yatan, bir evin sönən çırağı, bir ailənin ümidləri, ömürlük nəşəsi, sevinci, oğlu ilə bağlı arzuları da tabuta qoyulub...

Dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimovun nəşi yaşadığı evə gətirilib, valideynləri, yaxınları və doğmaları onunla vidalaşır. Ana övladının tabutuna sarılıb, bu ağrını ifadə etməyə sözlər acizdir.

Bu yaxınlarda buraxılış imtahanından yüksək bal toplayan, həyəcanla son zəngə hazırlaşan bir gəncin ömrünün bu çağında həyatla vidalaşması rəvadırmı? Onun qatilinin, bəlkə də qatillərinin cəzası nə olacaq? 

Və cəmiyyəti daha çətin, ağrılı suallar düşündürməlidir - nədir bu aqressiya? Niyə bu qədər cinayətlər baş alıb gedir. hər gün qətl və intihar xəbərləri gəlir... Dilimiz bir, dinimiz bir, millətimiz bir. eyni torpaqda yaşayıb eyni havanı uduruq - niyə anlaşa, sakit yaşaya bilmirik? (sitat.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top