Bir neçə aya Azərbaycanı tərk edəcəyəm İsrail səfiri

SİYASƏT 12 may 2025, 10:44
İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.
 
Demokrat.az xəbər verir ki, bu barədə APA-ya diplomat özü məlumat verib.
 
Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:
 
"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - o vurğulayıb.
 
Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top