Peskov: Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək

DÜNYA 10 may 2025, 23:04
Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN“ telekanalına açıqlamasında bildirib.

“Bunu düşünməliyik. Bu, hadisələrin yeni inkişaf mərhələsidir. Bizim öz mövqeyimiz var,” – deyə Peskov qeyd edib.

O, əlavə edib ki, bir neçə gün əvvəl Prezident Vladimir Putin 3 günlük atəşkəs elan edib.

“Siz Kiyevdən hər hansı cavabın şahidi oldunuzmu? Xeyr. Biz də şahidi olmadıq. Kiyevin atəş təklifinə cavab verməməsinə görə ona ünvanlanan hər hansı tənqidlər oldumu? Yenə də yox,” – Kreml sözçüsü vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top