Deputatdan Tofiq Yaqublunun ailəsinə çağırış — "Prezident bu halda onu əfv edər"

GÜNDƏM 10 may 2025, 21:47
"Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər".

Demokrat.az xalqcebhesi.az-a istinadla xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

O, Musavat partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması barədə danışarkən qeyd edib:
"Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır.

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm, Prezident də bunu nəzərə alar və onu əfv edər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top