Yeni Roma Papası seçilib — FOTO

DÜNYA 08 may 2025, 20:32
Yeni Roma Papası seçilib.

Demokrat.az
xəbər verir ki, bunu Sikstin kapellasının bacasından çıxan ağ tüstü sübut edir.Roma Katolik Kilsəsinin yeni rəhbərinin kim olduğu hələ açıqlanmayıb.

Yeni Papanın adı Müqəddəs Pyotr kilsəsinin eyvanında ağ paltarda görünəndən sonra açıqlanacaq.  Ənənəvi xeyir-dua "Urbi et Orbi" ("Şəhərə və dünyaya") mərasimi yekunlaşdıracaq. Konklav bir gün əvvəl Vatikanda açılıb, 133 kardinal Papanı seçmək üçün Sikstin kapellasına toplaşıb.

 Papa seçilmək üçün namizədlərdən birinin səslərin üçdə ikisini toplaması lazım idi.  Konklavda yaşı 80-dən az olan kardinallar iştirak edib və səsvermə ciddi məxfi şəraitdə keçirilib.




Əfsanə Kamal
Demokrat.az 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top