"Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı üçün mühüm perspektivlər mövcuddur"

GÜNDƏM 08 may 2025, 18:46
"Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı üçün mühüm perspektivlər mövcuddur"

Vyetnamın hakim partiyasının rəhbəri Azərbaycana səfər edəcək. Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam 5-12 may tarixlərində Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyada rəsmi səfərdə olacaq.

Politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır:

“Bu baxımdan, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafı üçün də geniş potensial mövcuddur. Vyetnam Kommunist Partiyasının rəhbərinin Rusiya, Belarus, Azərbaycan və Qazaxıstana rəsmi səfəri də bir daha göstərir ki, Azərbaycan bu regionda mühüm siyasi, iqtisadi və geosiyasi aktor olaraq çıxış edir. Bu səfər çərçivəsində münasibətlərin daha da dərinləşməsi üçün mühüm addımların atılacağı gözlənilir. Xüsusilə ticarət, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Qeyd etmək lazımdır ki, SSRİ dövründə də Azərbaycan və Vyetnam arasında münasibətlər formalaşmışdı və bu tarixi əlaqələr bugünkü əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu baxımdan, səfərin hər iki ölkə arasında çoxşaxəli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyi gözlənilir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top