Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşdü — YENİLƏNİB

HADİSƏ 07 may 2025, 17:47
Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.

***
16:09


Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynada müharibə və Rusiyanın hava məkanında hərbi əməliyyatlar səbəbindən Azərbaycana məcburi eniş etməli olub.

Serbiya Prezidentini daşıyan təyyarə Bakı hava limanında təcili eniş etdikdən sonra Moskvaya uçmaq üçün icazə gözləyir.

Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top