ADY-nin qadın maşinist köməkçiləri — VİDEO

SOSİAL 08 may 2025, 16:08
"Azərbaycan dəmir yollarında qadınların yeni uğur hekayəsi yazılır — ilk qadın maşinist köməkçilərimiz artıq yarım ildir ki, bu məsuliyyətli və çətin işin öhdəsindən uğurla gəlirlər".

Demokrat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

"Güclü istək və əzmləri ilə onlar sübut edirlər ki, qadınların gücü və iradəsi üçün heç bir sərhəd yoxdur. Əməkdaşlarımız bir il təcrübə topladıqdan sonra maşinist vəzifəsi üçün imtahan verəcəklər.

Azərbaycanın ilk qadın maşinistləri olaraq tarix yazmağa yaxın olan əməkdaşlarımızla qürur duyur, fəaliyyətlərində uğurlar arzulayırıq!", - deyə məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 20:32
Top