İddialara görə, Azərbaycanın müxtəlif rayonlarında yaşayan 40 şagird məktəbdən yayınaraq dini təhsilə cəlb olunublar. Beyləqan rayon İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbinin direktoru Pərvanə Quliyeva müxtəlif rayonlardan şagirdləri sözügedən məktəbə qeydiyyata salıb. Amma həmin şagirdlərin məktəbdə yalnız adı yazılıb, özlərini isə görən olmayıb. Belə ki, həmin şagirdlərin ailələri direktora 1500 manat verərək, adlarını məktəbdə qeydiyyata aldırıb, özlərini dini məktəblərə təhsil almağa göndəriblər.
Məlumata əsasən, şagirdlər İslam dininin sələfi (vəhabi) cərəyanına məxsus olan ailələrin övladlarıdırlar.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında deyib ki, şagirdlərin məktəbdən yayınması problemi kompleks və çoxşaxəli səbəblərlə bağlıdır:
“Bu məsələnin həlli üçün yalnız inzibati tədbirlər deyil, həm də təhsil sistemində struktur islahatlar və ictimai maarifləndirmə vacibdir. Məktəbdən yayınmaların qarşısını almaq üçün təhsilin keyfiyyəti artırılmalıdır. İnsanlar məktəbdənkənar təhsilə ona görə üstünlük verirlər ki, məktəblər istədikləri səviyyədə təhsil və təlim verə bilmir. Məktəbi əsl təhsil ocağına çevirmək lazımdır. Valideynləri də tam qınamaq doğru deyil, çünki onlar da uşaqlarının məktəbdə istədikləri səviyyədə bilik almadığını görürlər. Repetitorluğa meyilin əsas səbəbi də məktəbdə təhsilin zəif olmasıdır. Bu sahədə ciddi islahatlar və dəyişikliklərə ehtiyac var. Fikirlər də nəzərə alınmadığı üçün belə davam edirik”.
Leyla Turan
Demokrat.az