“Azərbaycanın həm Türkiyə, həm də İsraillə dərin strateji münasibətləri var və bu münasibətlər sadəcə formal deyil,real siyasi, hərbi və iqtisadi təmələ söykənir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O əlavə edib ki, İsraillə Azərbaycan arasındakı münasibətlər Qafqaz miqyasında unikal sayılır:
“Təhlükəsizlik sahəsində əməkdaşlıqdan tutmuş yüksək texnologiyalara qədər geniş spektr var. Türkiyə isə qardaşdır — bu, emosional yox, konkret siyasi və hərbi ittifaq səviyyəsində olan bir münasibətdir. İndi isə sual yaranır:
Azərbaycan bu iki ölkə arasında vasitəçi ola bilərmi? Potensial olaraq bəli, amma bu, çətin və ehtiyatlı proses olacaq.Birincisi, Bakı hər iki tərəflə etibarlı tərəfdaş kimi qəbul olunur və bu, diplomatik masada danışıq üçün psixoloji rahatlıq yaradır. İkincisi, Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə “müstəqil siyasət yürüdən ölkə” imici qazanıb”.
Politoloq diqqətə çatdırıb ki, Bakı artıq 2020-ci ildən sonra bölgədə vasitəçi rolunu oynamağa iddialı çıxışlar edib:
“Buna Ermənistan-Azərbaycan münasibətləri, Rusiyanın iştirakı ilə olan proseslərdə və Türk dünyası ilə Qərb arasında balanslı rol götürməyi nümunə ola bilər. Bundan əlavə, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayı, təşkilatçılıq keyfiyyəti və tərəfsiz mühit yaratmaq bacarığı da nəzərəçarpacaq faktordur. Ölkənin diplomatik infrastrukturu kifayət qədər çevik və hazırlıqlıdır. Bütün bunlar Bakı üçün yeni vasitəçilik missiyasına real zəmin yaradır. Əgər Ankara və Təl-Əviv münasibətləri yenidən formatlamaqda maraqlıdırsa, Azərbaycan bu prosesə sakit, balanslı və etibarlı masa təqdim edə bilər”.
Leyla Turan
Demokrat.az