Bakının Nizami rayonunda ər-arvad arasında qısqanclıq zəminində yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 17 noyabr 2024-cü ildə baş verib.
Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Elmar həmin gün saat 19:30-da müğənni olaraq fəaliyyət göstərdiyi “Xaçapuri Baku” restoranına gələn arvadı Baharın (adlar şərtidir red.) onun başqa qadınla münasibətdə olmasını əsas gətirib və bu məsələyə aydınlıq gətirmək üçün onu restoranın həyətinə çağırıb.
Orada qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar müğənni ərini təhqir etməklə vurub.
Bu səbəbindən müğənni əsəbiləşib və qəsdən sağ əli ilə bir neçə dəfə arvadının əl, yanaq və oyun nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, zərərçəkmiş şəxsin ona qarşı olan şikayətindən imtina edib.
Bu səbəbdən Elmarın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az