Bakıda “Rus Evi” açılacaq? — Səfir danışdı

GÜNDƏM 06 may 2025, 00:18
“Bakı və Moskva “Rus Evi” və “Rossiya seqodna”nın Azərbaycandakı nümayəndəliyi üçün qarşılıqlı məqbul həllər tapacaqlar”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “livetvaz”a müsahibəsində danışıb.

Bakıdakı “Rus Evi” məsələsinə toxunan diplomat onun Azərbaycan tərəfinin xahişi ilə bağlandığını bildirib:

“Hazırda Rusiyanın Bakıdakı səfirliyi qismən mədəni-humanitar layihələrlə məşğuldur. Lakin əsas odur ki, mənə elə gəlir ki, biz Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı, o cümlədən “Sputnik”in mövzusu ilə bağlı müsbət dialoqa başlamışıq”.

Evdokimov ümid edir ki, bu dialoq davam edəcək və qarşılıqlı məqbul həllər tapılacaq:

“Çünki Azərbaycanın bir sıra mədəniyyət mərkəzləri və azərbaycanlı jurnalistlər Rusiyada uğurla fəaliyyət göstərir”.

Xatırladaq ki, daha öncə “Rus evi” Azərbaycanda fəaliyyətini dayandırmaq üçün tədbirlər gördüyünü bəyan edib. Bildirilib ki, fəaliyyətin dayandırılması üçün tədbirlər Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi əsasında görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top