Daşkəsəndə itkin düşən şəhid atası ilə bağlı rəsmi açıqlama verilib.
Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Daşkəsən rayonunda meşədə itkin düşən şəhid atası ilə bağlı verilən açıqlamada deyilir:
"Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək".
***09:24
Daşkəsən rayonunun Bayan kənd sakini meşədə itkin düşüb.
Demokrat.az xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, K.Abdullayev şəhid atasıdır.