Mingəçevirdə evdə partlayış: Xəsarət alan var

HADİSƏ 05 may 2025, 10:37
Mingəçevirdə evdə partlayış olub.

Demokrat.az xəbər verir ki, hadisə mayın 4-ü şəhərin Məhsəti küçəsində qeydə alınıb.

Belə ki, mənzildə qaz sızması nəticəsində ani partlayış olub.

Hadisə zamanı həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü E.Cəfərova üz və əlin yanıq xəsarətlərini alıb.

Partlayış nəticəsində evə ciddi ziyan dəyməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 may 2025, 14:30
Top