Maşın ağaca çırpıldı: Sürücü öldü — YENİLƏNİB

HADİSƏ 05 may 2025, 08:51
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Bu haqda APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


***08:03

Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü hadisə yerində ölüb.

Demokrat.az  APA-ya istinadən məlumat verir ki, hadisə mayın 4-dən 5-nə keçən gecə Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişindən keçən hissəsində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonu Muğanlı kənd sakini Elsevər Mahmud oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü E. Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və o, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

E. Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top