Gəncədə qadın özünə kəsici alətlə xəsarət yetirib

HADİSƏ 04 may 2025, 19:56
Gəncədə gənc qadın özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Ş.Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top