Rusiya prezidenti Vladimir Putin daim öz postunda onu əvəz edə biləcək şəxsin kim ola biləcəyini düşünür. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, əsas seçimi və qərarı xalq verəcək.
Demokrat.az ASS-a istinadən xəbər verir ki, "Rossiya" telekanalının sənədli filmində Putinə “Ondan sonra kim olacaq?” sualı ünvanlanıb.
“Mən həmişə bu barədə düşünürəm”, - deyə prezident cavab verib. O, daim mümkün namizədləri izlədiyini və onların potensialını qiymətləndirdiyini bildirib.
Bununla belə, Rusiya lideri öz səsinin həlledici olmadığını deyib.
“Aydın məsələdir ki, seçki texnologiyaları var, inzibati resurslar da mövcuddur. Amma nəticədə son söz Rusiya xalqının, vətəndaşların, seçicilərindir. Xalqın etimadını qazanmamış bir insanın ciddi bir şey etmə şansı çox azdır. Bu, prinsipial məsələdir. Ona görə də mən düşünürəm ki, xalqın qarşısında bir nəfər deyil, bir neçə seçim olmalıdır. Elə şəxslər ki, ölkə vətəndaşlarının etimadını qazana bilsinlər”, – deyə Putin vurğulayıb. (Musavat.com)