Gəncə Dövlət Filarmoniyasında Məmmədağa Umudovun müəllif gecəsi keçirilib — FOTOLAR

MƏDƏNİYYƏT 04 may 2025, 10:04
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” adlı müəllif gecəsi keçirilib.

Demokrat.az xəbər verir ki, gecədə tədbirin ideya müəllifi, Qabaqcıl təhsil işçisi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova, professor, Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış ediblər.

Məmmədağa Umudov diskussiya zamanı öz yaradıcılıq yolundan, müəllifi olduğu "Qarabağ Azərbaycandır", “İncinin arzuları”, "Qələbəyə doğru" əsərlərindən, “Prelüdlər”in yaranmasından söhbət açıb.

Sözügedən əsərləri respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının konsertmeysterləri Rəna İmanova (fortepiano), Aysel Şahbazlı, magistr Samir Əsədli (tar), AMK- nın nəzdində İncəsənət Gimnaziyasının şagirdi Cəlalə İsmayılzadə (violonçel) səsləndiriblər.













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top