Qulu Məhərrəmli: "Həyatımızda baş verən yeniliklərdə, hadisələrdə medianın rolu bir daha vurğulanır"

MEDİA 02 may 2025, 18:25
"Bu gün Bakıda keçirilən "İctimai proseslər media müstəvisində" adlı ikinci forumun  xüsusi əhəmiyyəti var. Tədbir Azərbaycan mediasının 150 illiyi kontekstində təşkil olunur. Forum və ortaya qoyulan mövzu müasir cəmiyyətdə Azərbaycan mediasının artan rolunu, ictimai şüura təsirini, dövlətçilik ideyalarının yayılmasında medianın rolunu ayrıca vurğulayır".

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli deyib. 

O bildirib ki, hər birimizin medianın yaranmasının 150 ilini qeyd etməyə hazırlaşırıq:

"Bu ərəfədə belə bir tədbirin keçirilməsi cəmiyyətin hər bir üzvünə medianın artan rolunu göstərməkdədir. Bu gün həyatımızda baş verən yeniliklərdə, hadisələrdə medianın rolu bir daha vurğulanır. Hazırda heç kim mediadan kənarda qalmır. Sosial şəbəkələrdə belə medianın aparıcı rolu aydın şəkildə görünür. Nə qədər böyük gücə malik olsa da, sosial şəbəkələr də sözün həqiqi mənasında peşəkar medianı bu və ya başqa formada təkrarlayır. Sosial şəbəkələrin məlumat platforması kimi ayrıca rolu olsa da, bizim kimi demokratik sərhədlərdə olan cəmiyyətlərdə medianın artan rolu görünür. Bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan cəmiyyətində ən başlıca rolu medianın artan rolunu ifadə etməsidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top