Putinin Kremldəki mənzili — VİDEO

DÜNYA 02 may 2025, 17:58
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kremldəki mənzilini göstərib.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, sözügedən kadrlar onun "Rusiya. Kreml. Putin. 25 il" sənədli filmi üçün verdiyi müsahibədə çəkilib.

Görüntünü rusiyalı jurnalist Pavel Zarubin teleqram kanalında paylaşıb..

Putin maraqlı etirafı ilə diqqət çəkib. Son üç ildə tez-tez Kremldə gecələdiyini deyən prezident evdə olan ağ royalda çox nadir hallarda ifa etdiyini deyib.

Daha sonra kitabxana, iki yataq otağı və "ev kilsəsi" nümayiş etdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top