Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum çərçivəsində panel iclasları keçirilir.
Demokrat.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi” adlı panel iclasına Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova moderatorluq edib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov çıxışında bildirib ki, bəzən mediada bilərəkdən və ya bilməyərəkdən informasiya təhlükəsizliyi ilə bağlı məhdudiyyətlər pozularaq məlumatlar paylaşılır. Belə hallarda, xüsusilə məxfi məlumatların yayılması zamanı preventiv tədbirlər həyata keçirilir.
Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov medianın istənilən proseslərdə aktiv rol oynadığını, proseslərin işıqlandırılmasında müxtəlif hüquqşünasların rəyinin paylaşılmasının mühüm addım olduğunu qeyd edib. O, media ilə davamlı ünsiyyətin əhəmiyyətini də vurğulayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ləman Hüseynzadə bildirib ki, media ilə dövlət qurumları arasında münasibətlər tərəfdaşlığa əsaslanır. Dövlətin həyata keçirdiyi layihə və islahatların mahiyyətinin cəmiyyətə düzgün çatdırılmasında media əvəzsiz rol oynayır.
Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli isə qeyd edib ki, media nümayəndələrinin hüquqlarının qorunmasında Ombudsman İnstitutu mühüm rol oynayır və insan hüquq və azadlıqlarının təminində medianın rolu danılmazdır.