“Türkiyə Rusiya və Ukrayna arasında atəşkəs müddətinin və çərçivələrinin genişlənəcəyinə ümid edir. Müvəqqəti atəşkəs uzunmüddətli sülhə yol aça bilər”.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib.
Türkiyə lideri xatırladıb ki, Ankara müharibə başlayandan Rusiya və Ukrayna arasında ədalətli və uzunmüddətli sülhün tərəfdarı olub. “Biz heç vaxt uzunmüddətli sülhlə bağlı ümidimizi itirməmişik. Ən şiddətli döyüşlər zamanı belə Ankara tərəfləri eyni masa arxasında toplamaqla sülh dialoqunun yenilənməsini təklif edib”, – deyə siyasətçi qeyd edib.
Eyni zamanda o, xəbərdarlıq edib ki, belə bir dövrlərdə vəziyyət daha həssas, təxribatlara və müdaxilələrə açıq olur.
“Prosesin “zəhərlənməsinə” imkan vermək olmaz. Həm Rusiya, həm də Ukrayna sülhə səmimi yanaşma nümayiş etdirməlidirlər. Müharibə nəhayət bitməlidir və bu, təkcə həmin ölkələr üçün deyil, qlobal təhlükəsizlik strukturu üçün də son dərəcə önəmlidir”, – deyə o bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, müharibədən ən çox zərər çəkən tərəflər elə Rusiya və Ukraynanın özləridir. “Ədalətli sülh əldə olunan zaman uduzan tərəf olmur. Hesab edirəm ki, uzunmüddətli sülh perspektivinin uğuru üçün tərəflər qarşılıqlı şəkildə etimad mühiti formalaşdırmaq istiqamətində addımlar atmalıdır. Türkiyə bu məsələdə dəstəyini davam etdirəcək”, – deyə o əlavə edib.
Türkiyə dövlət başçısı daha sonra Kiprdəki vəziyyəti şərh edərək, Ankaranın Şimali Kiprə dəstəyini davam etdirəcəyini bildirib.
“Kipr problemi yalnız adada iki suveren dövlətin tanınması yolu ilə həll oluna bilər. Ankara Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması istiqamətində addımlarını gücləndirmək niyyətindədir. Düşünürük ki, Türk dünyası da ŞKTC-dəki qardaşlarının yanında olmağa davam edəcək”, – deyə siyasətçi vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, şənbə günü “TEKNOFEST-2025” festivalında iştirak etmək üçün Lefkoşaya səfər etməyi planlaşdırır.
Suriyadakı vəziyyətə toxunan Türkiyə lideri vurğulayıb ki, qonşu ölkə üçün əsas təhdid terror təşkilatları olaraq qalır.
O, Suriyanın federativ dövlətə çevrilməsi ilə bağlı iddiaları isə “yalnız fantaziya” adlandırıb.