Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc və istedadlı pianoçu Səidə Tağızadənin "Piano musiqi axşamı " adlı solo konserti baş tutub.
Demokrat.az xəbər verir ki, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ilə çıxış edən pianoçu gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Səidə Tağızadə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri Fikrət Əmirovun "Miniatürlər", Qara Qarayevin "Sonatina", "Eskiz", Vaqif Mustafazadənin "Düşüncə", Fərhad Bədəlbəylinin "Dəniz", Sevda Məmmədlinin "Laçın balladası", Pikə Axunovanın "Salam, Şuşa", həmçinin Frederik Şopenin "Noktürn", Ferens Listin "Tarantella", Sergey Raxmaninovun "Musiqili an", və digər məşhur əsərləri ifa edib.