"Bakıda yararsız hallarda olan binalar məsələsi ilə bağlı Fövqaladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə akt hazırlanır. Bina istismara yararsız olduğu halda müvafiq icra qurumu satınalma elan edir. Satınalmadan sonra şəffaf şəraitdə qiymətləndirmə şirkəti seçilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq həmin binada 1 kvadratmetrin dəyəri müəyyən edilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
Ekspert bidlirib ki, vətəndaş üçün iki variant irəli sürülür:
"Vətəndaşa həmin ərazidə yeni tikiləcək binada mənzil təklif edilir, bina tikilənə qədər kirayə haqqı, əşyaların daşınma haqqı konpensasiya edilir. İkinci variant olaraq həmin ərazidə tikinti işləri aparılmayacaqsa, "Bakı şəhəri-2040" şəhər planına uyğun olaraq yaşıllıq və digər infrastruktur komponentləri olacaqsa, yol, müəssisə və digər obyektlərin tikintisi üçün nəzərdə tutulubsa, vətəndaşa pul şəklində kompensasiya mütləq ödənilir. Ərazidə yeni bina tikilirsə həmin şirkət məbləği ödəməlidir. Ərazidə dövlət müvafiq layihələr icra edirsə, məbləğ dövlət tərəfindən ödənilməlidir".
Əfsanə Kamal
Demokrat.az