Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.
Demokrat.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə bitib.
"Turan Tovuz” – "Şamaxı”, "Səbail” – "Araz-Naxçıvan” və "Sabah” – "Qarabağ” görüşləri 1:1, "Sumqayıt” – "Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız "Kəpəz” – "Zirə” oyununda (0:1) qalib müəyyənləşib.
Bir turda 4 heç-heçə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb. 2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib. Həmin gün "Qarabağ” – "Simurq” və "Qəbələ” – "Rəvan” oyunları qolsuz bitibsə, "İnter” – "Bakı” matçında 1:1, AZAL – "Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. "Sumqayıt” isə "Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.
Bu matçda Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. "Sumqayıt”ın kapitanı "Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.
Vüqar Premyer Liqada 5 klubun formasını geyinib. O, "Bakı”da 16, "Simurq”da 12, "Qarabağ”da 8 (1 qol), "Zirə”də 77 (1 qol), "Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.
Onun debütü 2013/14 mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də "Bakı” – "Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.
"Neftçi” isə Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub. Yubiley topuna Andrey Ştoqrin imza atıb. O, Misli Premyer Liqasının XXXII turunun "Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub. Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub.
"Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib. "Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. "Qarabağ”ın hesabında 1606 qol var.
Qeyd edək ki, "Neftçi” milli çempionatlarda ilk qolunu Sumqayıtın digər təmsilçisi "Xəzər”lə görüşdə 1992-ci il mayın 8-də vurub. Tarixi topa Yunis Hüseynov imza atıb.