Ailədə qadın və kişi bir-birindən nə gözləyir? — Ekspert AÇIQLADI

SİYASƏT 28 aprel 2025, 16:04
Müasir dövrdə ailə münasibətləri daha fərqli aspektlərdə qurulub. Artıq müasir gənclərin bir çoxu yalnız romantik duyğulara deyil, həm də qarşılıqlı anlayış, hörmət, dəyər və səmimi  paylaşıma üstünlük verirlər. Qadın və kişi münasibətdə özünü dəyərli və güvəndə hiss etmək istəyir. Qarşı tərəfdən isə gözlədikləri sadəcə diqqət və qayğı deyil, həm də onunla bərabər yolu bir yerdə addımlamaqdır.

Sosioloq, şüuraltı məsələlər üzrə uzman İlahə Adil mövzumuzla bağlı Modern.az saytına açıqlama verib.

Ekspert deyib ki, qadının ailədə, işdə, cəmiyyətdə hüquq və vəzifələri çoxdan pozulub.

“Matriarxat dövründə bütün proseslərə qadın rəhbərlik edirdi. Lakin dəmirin kəşfi qadınların istismarının əsasını qoydu. XIX əsrdə “Coco Chanel”in dünyada dəbə çevrilməsi, “8 mart hadisələri” istismara zərbələr vurdu. Artıq dövr patriomarxata keçdi. Bu da qadın və kişilərin ikili sistemdə təmsil olunmasıdır”.

Müsahibimiz vurğulayıb ki, iki cins arasında problem təkcə bizim ölkədə yaşanmır.

“Dünyada 80%-ə yaxın kişi qadınlara verilən hüquq və vəzifələrdən narazıdır. Tarix boyu kişi qadını cinsi, maddi, mənəvi, psixoloji basqı altında saxlayıb. İndi də bu tendensiya davam edir.
Qadınların geyim tərzi, maşın sürməyi, rəhbər işlərdə çalışması, oxuması, müstəqil və tək həyat yaşaması hələ də bəzi vətəndaşlar tərəfindən xüsusilə də, qarşı cins tərəfindən birmənalı qarşılanmır”.

İlahə Adil söyləyib ki, ailə münasibətlərində davamlılıq üçün tərəflərin qarşılıqlı gözləntiləri vaxtında qarşılanmalıdır. Dünya üzrə də, bu problemi həll etmək üçün qurumlar müəyyən addımlar atıblar.

UNESCO-nun 2023-cü il üzrə hesabatına əsasən, ailə münaqişələrinin 58%-i tərəflər arasında emosional əlaqənin zəifləməsi ilə bağlıdır.

Azərbaycanda statistikaya görə, 2024-cü ilin ilk 3 ayında boşanmaların 67%-i ünsiyyət və anlaşmazlıq səbəbindən baş verib.

“Nəticədə deyə bilərik ki, əslində kişilər qadınlardan gözəllik, qadınlar da kişilərdən maddiyyat tələb etmir. Hər iki tərəfin gözlədiyi səmimi hörmət və anlayışdır”, - İ.Adil bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top