Autizm ilə bağlı statistika bütün dünyanı narahat edir

SOSİAL 24 aprel 2025, 10:44
Azərbaycanda autizm sahəsində aparılan işlər və bu istiqamətdə əldə olunan nailiyyətlər cəmiyyətimizin həssas mövzulara diqqət yetirdiyini və bu sahədə mühüm irəliləyişlərin əldə olunduğunu göstərir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, son illərdə autizm spektr pozuntuları ilə bağlı statistik göstəricilər təkcə Azərbaycanı deyil, bütün dünyanı ciddi narahat edir: “Bu artımın səbəbləri və elmi izahları ayrı-ayrı müzakirə mövzusudur. Lakin bizim əsas vəzifəmiz bu məsələnin cəmiyyətdə yaratdığı təsirləri azaltmaq və bu vəziyyətdən əziyyət çəkən insanlara vaxtında və effektiv dəstək göstərməkdir. Konfrans çərçivəsində edilən çıxışlar və təqdimatlar bu sahədə görülən işlərin, əldə olunan uğurların real göstəricisidir. Sağlam cəmiyyətin qurulması üçün, ilk növbədə, dəstəyə ehtiyacı olan insanların yanında olmaq, onlara psixoloji, sosial və praktiki dəstək göstərmək əsas şərtdir”.

Dövlət Komitəsinin sədri Azərbaycanda autizm sahəsində son illərdə çox mühüm addımlar atıldığını deyib: “Dövlətimizin bu sahəyə göstərdiyi dəstək təqdirəlayiqdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan səylərin səfərbəredici gücü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi diqqət və qayğı ilə birbaşa bağlıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz də autizmli uşaqlar və onların ailələri üçün psixoloji dəstək və təlim proqramları təşkil edir, bu fərdlərin cəmiyyətə inteqrasiyası üçün davamlı fəaliyyət göstəririk. İnanıram ki, birgə səylərimizlə daha inklüziv və mərhəmətli bir cəmiyyət qurmaq mümkün olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 12:29
Top