“Çin bu gün beynəlxalq münasibətlər sistemində həm geostrateji, həm də geoiqtisadisadi baxımdan dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir. Çinin həyata keçirdiyi qlobal layihələr, kommunikasiya layihələri coğrafi məkən olaraq Azərbaycan üzərindən Qərbə uzanır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin Çinə səfəri Çin və Azərbaycan arasında strateji-tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi kontekstində olduqca mühüm əhəmiyyət kəsb edir:
“Çin-Azərbaycan münasibətlərinin çox böyük perspektivləri və gələcəyi var. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentini özünün və Çinin böyük dostu adlandırdı. Mənə elə gəlir ki, Çin-Azərbaycan münasibətlərinin xarakterini və gələcək perspektivlərini anlamaq üçün bu qiymətləndirməyə diqqət etsək kifayətdir. Bu gün Çin qlobal Cənubun ağırlıq mərkəzidir. Bu gün dünya iqtisadiyyatı bu və digər formada birbaşa və dolayısilə Çin iqtisadiyyatından mütləq bağlıdır. Azərbaycanın aid olduğu Avrasiya coğrafiyasında Çinin mövqeyi bir çox məsələləri həll edir. Bunların başında əlbəttə ki, siyasi maraqları da diqtə edən iqtisadi maraqlar və yeni iqtisadiyyatın təşkili dayanır. Yeni sənaye inqilabı kontekstində Çin iqtisadiyyatı bu inqilabın önündə gedən iqtisadiyyatdır. Çinin müasir texnologiyaları, innovativ yanaşmaları və sənayesi yeni tarixi mərhələsindədir”.
Deputat qeyd edib ki, bütün bu perspektivlərin qiymətləndirilməsi Çin və Azərbaycan münasibətlərinin inkişafı önündə böyük üfüqlər açır:
“Çin-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyadan Avropaya qədər uzanması birgə maraqlar yaradır. Əlbəttə ki, iqtisadi, siyasi, dövlətlərası münasibətlər mühüm komponent olsa da mənəvi, humanitar, mədəni dəyərlər də bu burada özünü göstərir. Azərbaycan ədəbiyyatında dahi Nizami hələ 12-ci əsrdə bir Çin obrazını yaradırıb. Bu önümüzdəki inteqrasiya prosesində də bu dəyərlərin inkişaf elətdirilməsi vacib şərt kimi ortaya çıxır. Ona görə də Çin xalqının da faşizm üzərində qələbə çalmasının qeyd etməsi, Azərbaycan xalqının da faşizm üzərində öz qələbəsini qeyd etməsi də bu cür ortaq dəyər yaradan təmas nöqtələrindən biridir.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə getməsi olduqca mühüm addımdır. Yalnız dost ölkələr bu cür tədbirlərdə digər ölkənin liderini öz yanında görmək istəyir. Bu deməkdir ki, artıq Çin-Azərbaycan münasibətləri rəsmi, iqtisadi, siyasi maraqların kənarında bir də ortaq-mənəvi dəyərlər yaradacaq”.
Leyla Turan
Demokrat.az