İllərlə yurd həsrəti çəkdik. Nə yaxşı ki, bu günləri də gördük. Gələcək nəsillərimiz artıq orada oxuyacaq, böyüyəcək, bu torpaqlara sahib çıxacaqlar. Allah Prezidentimizə cansağlığı versin. Bizə göstərilən diqqət və qayğıdan razıyıq. Evlərimiz müasir üslubda tikilib, bütün şəraitlə təmin olunub.
Demokrat.az xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Solmaz Əliyeva səsləndirib.
O bildirib ki, Böyük Qayıdış proqramı təkcə fiziki köç deyil, bu, milli ruhun, birliyin və tarixi ədalətin bərpasıdır.
S.Əliyeva, həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.