Türkiyədə süni intellektlə dəstəklənən yeni nəsil radar sistemi istifadəyə verildi. Qırmızı işıqda keçid, təhlükəsizlik kəmərindən istifadə etməmək, sükan arxasında telefonla danışmaq... Artıq bütün qayda pozuntuları bir-bir qeydə alınır. "Bir şey olmaz" dövrü başa çatdı.
Demokrat.az avtosfer.az-a istinadən xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsinin yol nəzarət bölmələri Müdafiə Sənayesi Başqanlığının koordinasiyası ilə yerli və milli imkanlarla hazırlanan yeni nəsil süni intellekt dəstəkli radar sistemlərini tətbiq etməyə başlayıb.
Bu cihazlar magistral yollarda tripod üzərində və ya nəqliyyat vasitələrinə quraşdırılaraq istifadə olunur.
Yeni radar sistemi eyni anda dörd zolaqda hərəkət edən nəqliyyat vasitələrinin sürətini müəyyən edə bilir. Süni intellektlə təchiz olunmuş cihazlar avtomobillərin dövlət nömrə nişanlarını və sürət göstəricilərini oxuyaraq məlumatları dərhal Elektron Təhlükəsizlik Sistemi (PolNet) şəbəkəsinə ötürür. Sürət pozuntusu aşkarlandıqda, sistem avtomatik şəkildə aidiyyəti yol patrul qruplarına məlumat verir və qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.
Antalya Regional Trafik Nəzarəti Şöbə Müdiri Önder Kavak bildirib ki, yeni texnologiyanın tətbiqi sürət pozuntularının və bu səbəbdən baş verən yol qəzalarının qarşısını almaqda mühüm rol oynayacaq. Onun sözlərinə görə, bu cihazlar gecə-gündüz, istənilən hava şəraitində dəqiq ölçmə imkanı verir və operator müdaxiləsi olmadan tam avtomatik rejimdə çalışır.
Yeni sistem eyni anda 1500 avtomobili analiz edə bilir və markasından rənginə qədər bütün texniki məlumatları aşkar edir. Cihaz, həmçinin motosikletlərin sürətini də dəqiqliklə təyin edə bilir. Əvvəllər nömrə nişanları yalnız arxada yerləşən motosikletlər üçün sürət pozuntularının müəyyənləşdirilməsi çətin idisə, indi radarın istiqamətini dəyişməklə bu problem də aradan qaldırılıb.
Radar sisteminin tətbiqində iştirak edən polis zabiti Muhammet Çataltaş qeyd edib ki, cihaz KGYS və PolNet məlumat bazaları ilə inteqrasiya olunaraq avtomobillərin sığorta və sənəd vəziyyətini də yoxlaya bilir. Süni intellekt texnologiyası sayəsində cihaz avtomobillərin markasını, modelini, rəngini və digər xüsusiyyətlərini dəqiq şəkildə müəyyən edir.
Yeni nəsil radar sistemi həm də kalibrləmə ilə fərqlənir - cihazın hündürlüyü, bucağı və balansı tam dəqiqliklə tənzimlənə bilir. Bu da onun eyni anda dörd zolaqdakı hərəkəti izləyərək dəqiq nəticələr verməsinə şərait yaradır.