Zaqatalada körpə doğuş zamanı öldü

HADİSƏ 20 aprel 2025, 14:15
Zaqatalada doğuş zamanı körpə ölüb.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Muxax kənd sakini 33 yaşlı Günel Əliyeva bu gün səhər saatlarında doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə daxil olub. Həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.

Əməliyyat zamanı dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olduğu bildirilib.

Körpənin ölümünün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 aprel 2025, 15:46
Top