ICESCO-nun Bakıda regional ofisinin yaradılması mühüm addımdır — Fərid Cəfərov

GÜNDƏM 17 aprel 2025, 16:24
Azərbaycan ICESCO-nun postmünaqişə dövründə bərpa sahəsindəki təcrübəsini yüksək qiymətləndirir. ICESCO ilə tərəfdaşlıq Azərbaycana mədəni irsini gələcək nəsillər üçün effektiv şəkildə qorumaq və dirçəltmək üçün güvən və resurslar verir.

Demokrat.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov aprelin 17-də Şuşada keçirilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimində söyləyib.

O bildirib ki, əməkdaşlığımız ICESCO ilə fərdi tədbirlərdən daha çox davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. ICESCO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır.

Fərid Cəfərov diqqətə çatdırıb ki, “Şuşa 2024"ün uğurlu yekunlaşması dostluq və mədəni mübadilə əlaqələrimizi daha da gücləndirmək əzmimizi bir daha təsdiqləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top