İran əsas diqqətini Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməlidir. Bunu İslam Respublikası xarici işlər nazirinin müavini Məcid Təxte-Rəvançi bildirib.
Onun sözlərinə görə, İran və Ermənistan strateji münasibətlərlə bağlı sənədin hazırlanmasında maraqlıdır.
Məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Qərb regionda təsir mexanizmlərini qorumaqdan ötrü daha zəif aktorlardan istifadə edir:
“Təbii ki, Azərbaycana təsir göstərmənin çətin olduğunu başa düşürlər. Buna görə də İrandan istifadə edirlər. İran üzərindən kökə və qamçı siyasətini yeridirlər. Bu təlimlərlə bağlı nəysə deyilərsə, bildirəcəklər ki, İranla Ermənistan qonşudur. Yəni, belə əsaslandıracaqlar ki, qonşuluq prinsiplərinə uyğun hərəkət edirik, bunun heç bir destruktiv mahiyyəti yoxdur. Bu zaman belə bir sual ortaya çıxır. Niyə elə İran həmişə Ermənistanla təlim keçir, Azərbaycanla təlimlər keçmir? Axı Azərbaycan da onu qonşudur. Üstəlik Azərbaycan müsəlman dövlətidir, yəni bir köynək İrana daha yaxındır. Bunun səbəbi odur ki, İran Azərbaycanın güclənməsini istəmir. Ən azı oradakı o molla rejimi ki var, onlar istəmirlər”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan gücləndikcə bunu İran özünə təhdid kimi qəbul edir:
“Ona görə ki, Azərbaycan güclənər və bu İrandakı azərbaycanlıların ayağa qalxmasına səbəb ola bilər. İran bundan narahatdır. İran prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin normanlaşmasında bəlkə də maraqlıdır. Amma nəzərə almaq lazımdır ki, Pezeşkian məhdud səlahiyyətlərə malikdir. Əsas məsələləri ali dini lider həyata keçirir. Ermənistan bəzi hallarda Azərbaycana əlavə əngəl yaratmaq üçün istifadə olunur. Düşünürəm ki, təlimlər o kontekstdən qiymətləndirilməlidir. Bu da Azərbaycanla olan münasibətlərə təsir edir. Əgər İran hakimiyyəti bunu istəmirsə, yəni söhbət Pezeşkiandan gedir hər hansısa reaksiya göstərməlidir, münasibət bildirməlidir”.
Leyla Turan
Demokrat.az