Anar Əliyev Ağstafada vətəndaşları qəbul edəcək

SOSİAL 16 aprel 2025, 10:09
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar aprelin 16-18-də Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top