"Azərbaycanla İsrail arasında təcrübə mübadiləsi olduqca yaxşıdır"

GÜNDƏM 14 aprel 2025, 19:06
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla avtomobil və dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edilib, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.

Qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.

Bununla bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib

O qeyd edib ki, İsraildə nəqliyyat sistemi olduqca inkişaf edib:

“Hətta İsrail şirkətləri Aİ ölkələrinin bir sıra şəhərlərində elektrobusların hərəkətdə olan müddətdə şarj olunma yerlərini də müəyyən ediblər. Nəqliyyat infrastrukturuna gəldik də İsraildə ictimai nəqliyyatın bütün sahələri yüksək səviyyədədir. İsraildə tramvay yenidir. Buna baxmayaraq günü-gündən inkişaf edir. Dəmir yolu xətti sistemi də əlverişlidir. Bir sözlə İsraildə nəqliyyat sistemi çox yaxşı inkişaf edib. İsrail şirkətləri bu gün dünyanın aparıcı şirkətləri sayılır. Azərbaycanla İsrail arasında təcrübə mübadiləsi bizim üçün çox yaxşıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top