Hulusi Akar: "Şuşa təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir simvoldur"

GÜNDƏM 13 aprel 2025, 21:51
"Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır. Şuşa təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir bayraq, simvoldur".

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.

H.Akar işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və inkişafa görə qürur duyduğunu ifadə edib: "Həm yolboyu gələrkən, həm də Şuşada gördüklərimizdən böyük bir qürur duyduq. Gerçəkdən çox böyük inkişafın şahidi olduq. Prezident İlham Əliyevin qətiyyəti ilə burada sürətli inkişaf meydana gəlib. İşlər planlı, məqsədəuyğun şəkildə həyata keçirilir".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top