Qlobal iqtisadi müharibələr çərçivəsində xüsusilə ABŞ və Çin arasında əlavə gömrük rüsumlarının ardınca dollar dəyərini itirib.
ABŞ dolları 2025-ci ilin ən aşağı səviyyəsinə düşüb. Məlumata görə, dollar əvvəlki bağlanışdan 0,1 faiz aşağı olmaqla 38,0260 səviyyəsində satılıb. “Bloomberg Dollar Spot İndeksi” 0,4 faizə qədər azalaraq, Çin ilə ticarət gərginliyinin artması və qlobal iqtisadi artımla bağlı gərginlikdən sonra 2,4 faizlik enişini davam etdirib.
Bildirilir ki, Tramp administrasiyasının smartfonlardan tutmuş noutbuklara və yaddaş çiplərinə qədər tarifləri dayandırması gərginliyi nisbətən azaltmışdı. Lakin Tramp istehlakçı elektronikası sektoruna xüsusi idxal vergisi tətbiq edəcəyini deyəndən sonra gərginlik artıb.(Metbuat.az)