Xocasən-Sədərək yolunda qəzaya uğrayan "KamAZ"la bağlı AÇIQLAMA — VİDEO (YENİLƏNİB)

HADİSƏ 15 aprel 2025, 11:22
Xocəsən-Lökbatan yolundakı qəza bu gün səhər saat 6-da baş verib.

Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

"Belə ki, küləyin güclü, hava şəraitinin yağıntılı və asfalt örtüyünün yaş olması səbəbindən 54-BB-606 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin sürücüsü Əliyev Damət Sərxoş oğlu idarəetməni itirib. Nəticədə avtomobil aşıb və yol bağlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Artıq nəqliyyat vasitəsi ərazidən götürülüb, yol açıqdır. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

***08:59

Bu gün Xocasən-Sədərək yolunda "KamAZ" markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.


Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, yük maşını idarəetməni itirərək yolun kənarına çırpılıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by @baku.ws_official

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top