Tikinti özbaşınalığı artır: "Binaların həyəti maşın dayanacağına çevrilib"

GÜNDƏM 10 aprel 2025, 15:25
“Problem tikinti özbaşınalığından qaynaqlanır. Bakı şəhərində şəhərsalma və tikinti qaydalarına görə yaşayış və qeyri-yaşayış obyektlərində ziyarətçilərin sayına mütənasib olaraq parklanma yerləri təşkil olunmalıdır. Parklanma yeraltı və ya yerüstü ola bilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

“Biz müşahidə edirik ki, qaydaların əksinə olaraq Bakı şəhərində obyektlərin parklanma yerləri təşkil olunmur. Hətta bəzi ticarət mərkəzlərinin, klinikaların belə parklanma yerləri mövcud deyil. Bəzi klinikalar onların balansında olan təcili yardım avtomobillərini maşın yollarında, piyada səkisində saxlayırlar. Belə özbaşınalığa görə problem getdikcə artır. Dövlətin balansında olan avtomobil yollarının kənarında “Azparking” vasitəsilə şərait yaradılır. Lakin bunlar dediyimiz səbəblərə görə kifayət etmir. Nə vaxt ki, tikinti özbaşınalığına son qoyulacaq, avtomobil yolları, səkilər zəbt olunmayacq problem həllini tapacaq”.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top