Xəstəliklərin çoxalmasının səbəbi nədir? — Həkim DANIŞDI

GÜNDƏM 09 aprel 2025, 18:28
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir. 

O, COVID-19 epidemiyasının dünyada ağır nəticələrini xatırladıb və o, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini vurğulayıb. ÜST rəhbəri yeni pandemiyanın 20 il sonra, yaxud sabah başlaya biləcəyini söyləyib.

Bəs özümüzü və dünyamızı bu pandemiyadan necə qoruya bilərik?

Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, statistik rəqəmlərdən olmadan bu kimi fikirləri söyləmək mümkün deyil:



“Günümüzdə xəstəliklərin sayı günü-gündən artır, dəyişikliklər olur. Ona görə də bu, gözlənilən bir vəziyyətdir. 

Təbii ki, biz də bunu qeyd edə bilmərik ki, xəstəlik bu gün, sabah və yaxud da ki, nə vaxt olacaq. Hər bir adam hər bir şeyə hazırlıqlı olmalı və özünü qorumalıdır. 

Təbii ki, hər zaman qeyd etdiyimiz kimi birinci növbədə həkimlərlə daima kontaktda olmaq lazımdır. İnsanlar ailə həkimləri ilə daimi kontaktda olmaqdan, məsləhətləşməkdən terapevtlərə müraciət etməkdən çəkinməsinlər. 

Öz başına qəbul olunan preparatlar, qəbul olunan müalicə metodlarını istifadə etməsinlər. Hava dəyişkənliyi zamanı geyim tarazlığına fikir verilməlidir. Mütləq şəkildə sağlam qidalanmaq lazımdır. Xəstələndikləri an dərhal həkimə müraciət etsinlər, evdə öz başlarına müalicə metodları sınamasınlar”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top