Paris hakimiyyəti məhkəmə çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan İstanbul meri Əkrəm İmamoğluna fəxri vətəndaş adı verib.
Fransa hakimiyyətinin bunu etməkdə məqsədi nədir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Fransa həmişə olduğu kimi öz ampulasındadır:
“Fransa daim milli gücü zəiflətmək, bölmək, milli dövlətlər üzərində hegemoniya qurmaq məqsədi ilə dövlətin maraqları baxımından təhlükə və təhdid yaradan insanları dəstəkləyir. Bilirik ki, bu, Fransanın klassik ənənəvi siyasətidir. İnsan hüquqlarını milli dövlətin dərin daxili işlərinə qarışmaq üçün bir alət kimi istifadə edir.
Fransa Paris məhkəməsi çərçivəsində Əkrəm İmamoğluna dəstəklə bağlı belə bir qərarını çıxarılması da, əlbəttə ki, Türkiyəyə qarşı çıxardılan bir qərardır. Türkiyə hakimiyyətini və Türkiyə dövlətini zəiflətmək üçün qəbul edilmiş bir qərardır. Qardaş ölkə son dövrlər dünya siyasətində daha mühüm rol olamağa başlayıbdır. Yaxın Şərqdən Orta Asiyaya, Avropadan Afrikaya qədər Türkiyənin nüfuzu artıbdır”.
O deyib ki, Türkiyə təkcə regionun deyil, müsəlman dünyasının lider ölkəsinə çevrilibdir:
“Müsəlman dövlətləri içərisində bir rol, model funksiyasını yerinə yetirməyə başlayıbdır. Bu da uzun illər boyu məğlub edilmiş kimi göstərilən müsəlman xalqlarının yaratdığı dövlətlərin qalib gəlməyi də bacardığının göstəricisidir. Buna görə də avropalılar düşünürlər ki, bu qədər güclənməyi, bu qədər söz sahib olmağı, dünya siyasətində bu qədər nüfuz sahib olmağı Türkiyə bağışlamaq olmaz. Fransa məhkəməsinin qəbul etdiyi qərar da bundan ibarətdir. Çünki güclü Türkiyəni Fransa istəmir”.
Leyla Turan
Demokrat.az