“Qida zəhərlənmələri müxtəlif səbəblərdən baş verə bilər. Hazırda həm natrium, həm də konserv olunmuş qidalar qəbul edilir, çünki yeni meyvə və tərəvəzlər hələ yetişməkdədir. Qidaların düzgün saxlanılmamasından baş verən qida toksiki infeksiyalarını bu fəsildə daha çox müşahidə edirik. Qida toksiki infeksiyaları qidada müxtəlif mikrobların çoxalması nəticəsində yaranan toksinlərin qida ilə qəbul edilməsi deməkdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib.
“Həmin toksinlər qidanın bir hissəsində digər hissəsinə nisbətən çox və ya az ola bilər. Bu səbəbdən bəzən zəhərlənən insanların birində daha ağır fəsadlar yaranır, digərində isə yox. Bu zəhərlənmələrin qarşısını almaq üçün qidanın təzə olmasına ciddi fikir vermək lazımdır. Tez xarab olan qidaları uzun müddət soyuducuda, başqa yerdə saxlamaq olmaz. Dadını, rəngini, qoxusunu dəyişən qidaları istehlak etmək olmaz. Çox zaman zəhərlənmələr bu problemlərdən qaynaqlanır. Bəzən dəyişikliyə uğramış qidanı evdə və ya iaşə obyektlərində başqa məqsədlərlə istifadə etməyə çalışırlar, bu da ağır nəticə verir. Qida maddəsi toksikləşdiyi halda, keyfiyyətini itirdiyi halda təhlükəli vəziyyət alır.
Bunlardan başqa botolizm infeksiyası çox zaman ölümlə nəticələnən ağır infeksiyalardır. Bu cür situasiyalardan qorunmaq üçün hər zaman diqqətli olmaq vacibdir”.
Əfsanə Kamal
Demokrat.az