Azərbaycanda körpə dana və quzuların kəsiminin qadağan olunması təklif olunub. Bunu Milli Məclisin bir neçə gün əvvəl keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Bununla bağlı Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında bildirib ki, kökəlmə olmasa danalar kəsimə getməz:
“Yəni, qəssab dükanları və satışda olan iribuynuzlu heyvanların əti kökəltmədən gəlir ora. Quzu əti də elə körpə kəsilmir. Yəni 9 ay - 1 yaş civarında kəsilir. Tələbat nə edirsə, o da olur. Bunun ət idxalına və heyvandarlığın inkişafına yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur. Çünki damazlıq heyvanlar, ana inəklər yerindədir. Yəni, problemin kökü bu deyil. Örüş, otlaq, qışlaq sahələri fermerlərin əlindən alınıb. Bu zaman da yem baha olur. Problemlər çoxdur, suyun özü də böyük bir problemdir. Bunların hamısı müzakirə olunacaq məsələlərdir. Problemin kökü araşdırmalıdır. Kəndlərdə artıq heç kimin evində heyvan yoxdur. Əvvəllər hər evdə heyvanların olmasının səbəbi otlaq və örüş sahələrinin olması idi. Bu gün bütün bu örüş, otlaq sahələri kəndlinin əlindən alınıbsa, o necə heyvan saxlaya bilər? Bizim ən böyük problem budur ki, kəndlərdən artıq heyvanların ayağı kəsilib. Əlavə olaraq böyük fermer təsərrüfatları üçün də böyük problemləri var. Onların da əllərindən qışlaq, otlaq sahələri alınıb. Yəni, bu işlər planlı görülməlidir, kampaniya xarakteri daşımamalıdır”.
Leyla Turan
Demokrat.az