“Tibb yaxın gələcəkdə 100 ildən çox yaşamağa imkan verəcək”

MARAQLI 06 aprel 2025, 14:21
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskva ofisinin rəhbəri Batır Berdikliçev bildirib ki, tibb sahəsində tərəqqi və əlverişli sosial şərait insanlara yaxın gələcəkdə 100 ildən çox yaşamağa imkan verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsi zamanı danışıb.

“Demək olar ki, bütün dünyada insanlar xeyli uzun yaşamağa başlayıblar. Müasir profilaktika üsulları, yaxşılaşdırılmış qidalanma, daha əlverişli həyat şəraiti, iş, tibbi xidmətə əlçatanlıq orta ömür uzunluğunun artmasına təsir göstərib”, - deyə o, tibbin yaşa qalib gələ bilib-bilməyəcəyi və insanların 100 il yaşayıb-yaşamayacağı suallarını cavablandırarkən bildirib.

Berdikliçevin fikrincə, dünyada insanların əksəriyyəti artıq 70 ildən çox yaşayır:

“Eyni zamanda, dünyanın hər bir ölkəsində təkcə yaşlı insanların sayı deyil, həm də onların əhalidəki payı artır. Deyə bilərəm ki, 2020-2050-ci illər arasında dünyada 80 və yuxarı yaşda olan əhalinin üç dəfə artaraq 426 milyon nəfərə çatacağı gözlənilir”.

Onun sözlərinə görə, yaxın gələcəkdə tibb, xüsusilə genetika, biotexnologiya və farmakologiyanın nailiyyətləri sayəsində insanın ömrü insan orqanizminin bioloji sərhədlərinə qədər uzanacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top