Külək, yağış, duman — FAKTİKİ HAVA

SOSİAL 06 aprel 2025, 10:46
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Demokrat.az-a verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.

Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında, eləcə də Naxçıvan MR-də 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top