İranda mədən çökdü: Ölən və yaralanan var

HADİSƏ 06 aprel 2025, 21:59
İranın Qərbi Azərbaycan əyalətinin Mehabad şəhərindəki mədənlərdən biri çöküb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, mədən çökən zaman iki işçi dağıntılar altında qalıb.

Xilasetmə qruplarının səyi ilə onlardan biri yüngül xəsarətlərlə dağıntılar altından çıxarılsa da, digəri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top