“Bir televiziya aparıcısının bu cür yanaşmasına əslində talesizlik kimi baxmaq lazımdır. Bu bilavasitə qlobal bir problemi ortaya qoyur. Əsas səbəblər orta məktəbdə təhsil səviyyəsinin aşağı olması nəticədə də ali məktəblərdə də eyni vəziyyətin mövcudluğudur. Çünki hər halda müəyyən bir təhsil almış adam bu ifadəni işlətməməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
O diqqətə çatdırıb ki, bunu ən azı məktəbdə hansısa bir müəllim kiməsə söyləməlidir:
“Hətta uşaq bağçasında uşaqlara təlqin edirlər ki, kiminsə valideyni yoxdursa, ona qarşı heç vaxt qəlbə dəyə biləcək bir addım atılmasın. Bu baxımdan bu bir nəfərin hansısa bir şəkildə işlətdiyi yanlış və qırıcı bir ifadə deyil. Bütövlükdə təhsilsiz insanın məsələyə baxışıdır. Çox sayda da bu cür insanlar televiziyalara yol aça bilirlər. Amma burada həm də televiziyaları qınamaq mümkün deyil. Çünki bu kadr bazasını götürmək çox çətindir. Cəmiyyətdə təhsil o dərəcədə kütləvi və səviyyəli olmalıdır ki, alternativlər də çox olsun. Televiziyalar da seçə bilsin. Əvvəlki dövrlərdə ixtisaslaşma bir az fərqli idi. Daha çox insanlar müəyyən sahədə hazırlıqlı olurdular. Həm də məktəb mühiti insanları fərqli yetişdirirdi”.
Deputat əlavə edib ki, bütövlükdə bu bir ümumi savadsızlığın yekunudur:
“Çünki belə bir cümlə hətta pis niyyətlə işlətmək istəməsə də, olduqca bilgisizlikdən qaynaqlanan bir yanaşmadır. Çünki fikrini daha fərqli şəkildə ifadə etmək yolları var. Bənzətmələr, ədəbiyyat oxumaq var ki normal sözü seçə biləsən, deyə biləsən. Atalar sözlərimizə nəzər salsaq insanın valideynsiz böyüməsinə eyham vuran deyimlər də kifayət qədər yayğındır. Bu da insanların narahatlığına səbəb olacaq şəkildə işlənilir. Məişətdə də bu üslub geniş yayılıb. Televiziyada belə bir ifadənin işlədilməsi yanlış və qüsurludur. Bu bütövlükdə ölkədə yayılan savadsızlığın göstəricisidir”.
Leyla Turan
Demokrat.az