Vətəndaşın evinə pəncərədən daxil olması iddiasına RƏSMİ CAVAB — FOTOLAR

GÜNDƏM 01 aprel 2025, 13:36
Ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb. 

Belə ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısı guya bağlanıb və həmin şəxs mənzilinə pəncərədən daxil olur.


Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Demokrat.az-a bildirilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş tərəfindən mənzilin bir mövcüd girişi olmasına baxmayaraq  müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.




Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 aprel 2025, 19:55
Top